Hepanur – Hepatoprotektor, detoksikantdır. Qaraciyər müalicəsində əvəzedilməz.
Xüsusiyyətləri: Hepanur tərkibindəki alaqanqal hesabına flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. HEPANUR qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Preparat alkohol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır.Ənginar ödqovucu, hepatoprotektiv və sidikqovucu təsirlərə malikdir.
GÖSTƏRİŞLƏRİ:
• Xroniki virus hepatitləri.
• Keçirilmiş kəskin virus hepatitlərindən sonrakı reabilitasiya dövrü.
• Piy mübadiləsinin pozulması ilə əlaqədar qaraciyərin zədələnməsi,o cümlədən, stearoz (piy hepatozu) və qaraciyərin piy distrofiyası.
• Müxtəlif etiologiyalı qaraciyər sirrozları.
• Lipid – xolesterin mübadiləsi pozğunluğunun kompleks müalicəsi.
• Hamiləlik toksikozları.
• Daşsız xroniki xolesistit, öd yolunun hipokinetik diskineziyası.
• Qaraciyərin dərman zədələnmələri.
• Etil spirtiylə kəskin zəhərlənmələr, alkohol qəbulu zamanı qaraciyərin zədələnmələri.
Əks göstərişləri: Tərkibində olan bitki komponentlərinə qarşı fərdi həssaslıq.
Qəbul qaydası: 1 kapsul 2-3 dəfə yemək vaxtı qəbul etmək.
Buraxılış forması: 60 kapsul.