35.00 AZN
Feminal məcun qadın xəstəlikləri və profilaktikası üçün istifadə edilir. Məcun sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanıb.
Tərkibi: Ərküdə toxumu, boymadərən, çiçək tozu, adaçayı yarpağı, aslanpəncəsi, güldəfnə, dazı otu, zəncəfil kökü, çörəkotu toxumu, balqabaq toxumu, çörək otu, bal.
Təsir xüsusiyyətləri: Feminal məcun sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanıb. İltihab əleyhinə, antiseptik, spazmolitik və qankəsici təsir göstərir, uşaqlıq əzələsinin tonusunu artırır, endometriyanın regenerasiya və epitelizasiyasını sürətləndirir. Qadınlarda baş verən hormonal dəyişikliklər əsasında yaranan yumurtalıqların polkistozu, menstrual gecikmə, fibromiomalar və qadın cinsiyyət üzvlərinin polipləri zamanı effektlidir.
Əks təsiri: Tərkibindəki məhsullara qarşı fərdi həssaslıq. Hamiləlik dövründə məsləhət görülmür.
İstifadə qaydası: Kəskin proseslər zamanı 1 çay qaşığı 2 dəfə yeməkdən sonra qəbul et. Xroniki proseslər zamanı 1 desert qaşığı 2 dəfə yeməkdən əvvəl qəbul edilməlidir.
Saxlanılması: Hazırlandığı vaxtdan etibarən 1 il müddətində sərin və quru yerdə saxlamaq lazımdır.