35.00 AZN
Bronxbal məcun sınanılmış reseptlər əsasında həkim-fitoterapevt, apiterapevtlər tərəfindən hazırlanmış immun sistemini yaxşılaşdıran, nəfəs yollarında spazmı aradan götürən və infeksion proseslərə qarşı müdafiə komponentləri artıran məhsuldur.
Tərkibi: Biyan kökü, keçibuynuzu meyvəsi, bağayarpağı toxumu, çiçək tozu, andız bəhməzi, çöəkotu yağı, zəncəfil kökü, zəyərək toxumu, küncüt toxumu, bal
Təsir xüsusiyyətləri: Broxbal məcun sınanılmış reseptlər əsasında həkim-fitoterapevt, apiterapevtlər tərəfindən hazırlanmış immun sistemini yaxşılaşdıran, nəfəs yollarında spazmı aradan götürən və infeksion proseslərə qarşı müdafiə komponentləri artıran məhsuldur. Tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini və kiprikli epitelin hərəki aktivliyini artırır. Bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir. Öskürək və tənəffüs mərkəzlərinin qıcıqlanmasını azaldır, bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır, öskürək əleyhinə təsir göstərir. İltihab əleyhinə, antiseptik, antiallergik təsirə malikdir. İnterferon sintezini artıraraq, orqanizmin immun müqavimətini yüksəldir.
Əks təsiri: Tərkibindəki məhsullara qarşı fərdi həssaslıq.
İstifadə qaydası: 1-3 yaşlı uşaqlar üçün 2\1 çay qaşığı 2 dəfə yeməkdən əvvəl, 3-7 yaş üçün 1 çay qaşığı 2-3 dəfə yeməkdən əvvəl, 7-12 yaş üçün 1 desert qaşığı 2 dəfə yeməkdən əvvəl qəbul. Böyüklər üçün 1 xörək qaşığı 2-3 dəfə yeməkdən əvvəl qəbul edilməlidir.
Saxlanılması: Hazırlandığı vaxtdan etibarən 1 il müddətində sərin və quru yerdə saxlamaq lazımdır.