10.00 AZN
Çiçək tozu həşaratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilmiş çiçək tozcuqlarıdır. Çiçək tozu vitaminlərin və natural hormonların təbii xəzinəsidir. Çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır, yəni hüceyrənin bölünmə və bərpa qabiliyyətini artırır.
Çiçək tozu – həşaratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilmiş çiçək tozcuqlarıdır. Çiçək tozu vitaminlərin və natural harmonların təbii xəzinəsidir. Bu bitkilərin həyata başlanğıc verən cinsiyyət hüceyrələridir. Çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır, yəni hüceyrənin bölünmə və bərpa qabiliyyətini artırır.
Çiçək tozunun tərkibi:
Çiçək tozunun tərkibində insanın qida ilə almalı olduğu bütün amin turşuları var. Bu amin turşularını orqanizm özü istehsal edə bilmir.
Çiçək tozunda 27 mikroelement tapılıb. Bunların arasında ürək əzələlərini qorumaq üçün orqanizmə lazım olan kalium, qan yaratmaq üçün zəruri olan dəmir, mis və cinsi fəaliyyət üçün zəruri olan kobalt var.
Çiçək tozunun tərkibində həmçinin həyat üçün vacib olan fosfor, sink, yod, maqnezium və s. var.
Çiçək tozu karotinoidlər, Provitamin A, B qrupu vitaminləri, C, E, D, P vitaminləri, fitohormonlar, (o cümlədən böyümə faktoru-geteroayksin) və antibakterial maddələrlə maddələr mübadiləsinin tənzimləyir.
Əks göstərişləri: allergiya və fərdi dözülməzlik. Axşam və yatmazdan əvvəl qəbul etmək məsləhət deyil. Gümrahlaşdırır və yuxusuzluğa səbəb olur. Şəkər xəstəliyinin ağır formalarında həkim nəzarətı altında qəbulu vacibdir.
İstifadə qaydası və dozası: Çiçək tozu profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün gündə 8-10 qram məsləhət görülür. Xəstəlikdən asılı olaraq müalicə kursu 1 aydan 40 günə qədərdir.