5.00 AZN
Ərküdə dofaminergik təsir göstərərək adenohipofizdən prolaktin ifrazını azaldır. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur.
Farmakoloji təsiri:
– Ərküdə meyvəsi prolaktin ifrazını azaldır, süd vəzilərində gedən fibrokistik proseslərin sorulmasına və siklik ağrı sindromunun aradan qalxmasına səbəb olur.
– Cinsi hormonların səviyyəsini tənzimləyir, sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual sikl pozulmalarını aradan qaldırır.
-Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir.
– Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur.
– Ərküdə meyvəsi menopauza ilə əlaqəli hormonal disbalansı tənzimləyir.
İstifadəsinə göstəriş:
-Fibrokistik mastopatiya
-Hiperprolaktinemiya
-Menstrual sikl pozulmaları
-Predmenstrual sindrom (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər)
-Menopauza
-Sarı cismin hipofunksiyası ilə əlaqədar sonsuzluq.
Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, 12 yaşına qədər uşaqlar, menstruasiya dövrü, fərdi həssaslıq. Oral kontraseptivlərin təsir effektini azaldır. Aktiv mədə xorası olanlar həkim-fitoterapevtlə məsləhətləşsinlər.
Digər dərmanlarla qarşılıqlı təsiri: Tərkibində hormonal maddələr olan preparatlarla birgə qəbulu yolverilməzdir. Oral kontraseptivlərin təsir effektini azaldır.
İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra ilıq şəkildə qəbul edilir. Qəbul müddəti 3 aydır.