19.00 AZN
Vitamin D çatışmazlığı ilə əlaqədar artık çəkililik, yuxu pozğunluqları, yaddaş pozğunluğu, xroniki yorğunluq halları
Xüsusiyyətləri:
Vitosan D3 orqanizmdə kalsium-fosfor mübadiləsini tənzimləyir, maddələr mübadiləsini sürətləndirir, sümük və qığırdaqları bərkidir, sinir impulslarının ötürülməsini yaxşılaşdırır. İmmuniteti gücləndirməklə infeksion xəstəliklərə qarşı orqanizmin müqaviməti artırır.
İstifadəsinə dair tövsiyələr:
⦁ Vitamin D hipo və avitaminozu;
⦁ Vitamin D metabolizminin pozulması;
⦁ Vitamin D çatışmazlığı ilə müşahidə olunan genetik xəstəliklər;
⦁ Vitamin D ilə zəngin qidalarla düzgün qidalanmayan və günəş işığında yetərli zaman keçirməyən insanlar;
⦁ Yetkinlik dövründə yaranan osteomalyasiya;
⦁ Sümük və əzələ ağrıları, sümüklərin kövrəkləşməsi, sümük deformasiyaları və tez-tez baş verən sınıqlar;
⦁ Dişlərin, dırnaqların və saçların kövrəkləşməsi;
⦁ Sümük metabolizminin pozulması;
⦁ Vitamin D çatışmazlığı ilə əlaqədar yeniyetmələrdə boy inkişafının ləngiməsi;
⦁ İnfeksion xəstəliklərə qarşı immunitetin zəifləməsi, mövsümi qrip viruslarına tez-tez yoluxma halları;
⦁ Vitamin D çatışmazlığı ilə əlaqədar artık çəkililik, yuxu pozğunluqları, yaddaş pozğunluğu, xroniki yorğunluq halları;
⦁ Vitamin D çatışmazlığı risk qrupu insanlarda profilaktik məqsədlərlə; açıq dəri rəngi olanlar, yaşlılar, diabet xəstələri, qapalı şəraitdə işləyənlər, böyrək və qaraciyər xəstəliyi olanlar, qidalanma pozğunluğu olanlar, mədə əməliyyatı keçirənlər, hamiləlik və südvermə dövründə olanlar (həkim məsləhətinə əsasən), uzunmüddətli epilepsiya əleyhinə dərman vasitələrindən istifadə edənlər, çölyak xəstələri;
Yuxarıda qeyd olunan hallarda vidamin D çatışmazlığının aradan qaldırılması məqsədi ilə istifadə oluna bilər.
İstifadə qaydaları və doza:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə yeməkdən dərhal sonra. Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Əlavə təsirləri:
Nadir hallarda dispeptik allergik reaksiyaların olması mümkündür.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq, D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, nefrolitiaz, nefrokalsinoz.
Buraxılış forması:
Kapsul № 15