22.00 AZN
Sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
Bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) istifadəsi üzrə təlimat
Tərkibi (30 ml üçün):
Adi qaraqınıq (Origanum vulgare) otunun cövhəri (1:10) – 5 ml
Çöl qatırquyruğu (Eguisetum arvense) otunun cövhəri (1:10) – 5 ml
Quş qırxbuğumu (Polygonum aviculare) otunun cövhəri (1:10) – 5 ml
Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin cövhəri (1:20) – 5 ml
İstiotlu nanə (Menthae piperitae) yarpağının cövhəri (1:40) – 5 ml
Adi mərcanı (Vaccinium oxycoccos) meyvəsinin cövhəri (1:10) – 5 ml
Məhsul haqqında məlumat:
UROSEL – Sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Məhsulun 1 ml-də 20 damcı mövcuddur.
Böyüklər: 20 damcı gündə 3 dəfə, su ilə durulaşdıraraq daxilə qəbul etməlidir.
Tövsiyə edilən sutkalıq doza yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa heç bir əlavə təsir müşahidə olunmayır.
Xəbərdarlıq:
UROSEL məhsulu xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
BFMQƏ normal qidalanmanı əvəz etmir!
Xəstəlik, dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Buraxılış forması:
UROSEL – daxilə qəbul üçün məhlul – damcı 30 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Saxlanma şəraiti:
25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 2 il
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.