22.00 AZN
Süd vəzilərinin və reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
Tərkibi (30 ml üçün):
Adi ərküdə (Vitex agnus castus) meyvəsinin cövhəri (1:10) – 2 ml
Pisiyli ilankölgəsi (Ferula foetida) kökünün cövhəri (1:20) – 6 ml
Adi aslanpəncəsi (Alchemilla vulgaris) otunun cövhəri (1:10) – 10 ml
Adi mayaotu (Humulus lupulus) otunun cövhəri (1:10) – 6 ml
Adi qaraqınıq (Origanum vulgare) otunun cövhəri (1:10) – 3 ml
Adi damotu (Leonurus cardiaca) otunun cövhəri (1:10) – 3 ml
Məhsul haqqında məlumat:
OCİKL – süd vəzilərinin və reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
18 yaşdan yuxarı qadınlar: 20 damcı gündə 3 dəfə, su ilə durulaşdıraraq daxilə qəbul etməlidir.
Tövsiyə edilən sutkalıq doza yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa heç bir əlavə təsir müşahidə olunmayır.
Xəbərdarlıq:
OCİKL məhsulu xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
BFMQƏ normal qidalanmanı əvəz etmir!
Xəstəlik, dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Buraxılış forması:
OCİKL – daxilə qəbul üçün məhlul – damcı 30 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Saxlanma şəraiti:
25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 2 il
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.