15.00 AZN
Zökəm zamanı kalanxoe şirəsi burun yollarını təmizləyir, burnu “açır”, iltihabı azaldır. Hər burun yoluna gündə bir neçə dəfə 1-2 damcı kalanxoe şirəsini damızdırın.Həmçinin kalanxoe şirəsi Haymorit zamanı da istifadə olunur.
Haymoritin müalicəsində Əvəzedilməzdir.Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu – 10-15 gün.Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).
Kalanxoe həmçinin üz dərisinə cavanlaşdırıcı təsir edir, dərini dartır, onu daha elastik və hamar edir. Kalanxoedən quru dəri üçün maska: kalanxoe yarpağı soyulur, xırda doğranılır, zeytun yağı ilə qarışdırılır və təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. Kalanxoedən cavanlaşdırıcı maska: 1 xörək qaşığı kanaxoe şirəsi + 1 çay qaşığı bal + 1 xörək qaşığı üyüdülmüş yulaf yarması + 1 yumurtanın sarısı. Yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.