20.00 AZN
İnovagin şam
Vaginal və düz bağırsaq üçün təbii antiseptik və antimikrob şam.
Farmakoloji xüsusiyyətləri:
Qatı xlorofillipt evkalipt yarpaqlarının efir yağlarından və A, B xlorofillərinin məcmusundan ibarətdir. Evkaliptin efir yağları 60-80%-ə qədər sineoldan (evkaliptol) ibarətdir və məhz sineolun yüksək miqdarı onun terapevtik effektini müəyyən edir. Xlorofillipt mikrob əleyhinə təsirə malik olub stafilokoklara, o cümlədən penisillinə davamlı mikroblara öldürücü, həmçinin antiseptik, bakterisid və iltihab əleyhinə təsir göstərir. Xlorofil bitkilərin yaşıl piqmenti olub toxumaların bərpasını təmin edir, iltihab əlyehinə təsir edir, hüceyrə membranını möhkəmləndirir, bakteriya və göbələklərin inkişafını dayandırır, eroziya, xora və açıq yaraların sağalmasına kömək edən birləşdirici toxumanın yenilənmə və formalaşmasını təmin edir.
İnovagin iltihab əleyhinə və antiseptik təsiri gücləndirən köməkçi vasitə kimi rektal və ya vaginal formada istifadə edilə bilər.
İnovagin ginekologiyada cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, kolpit, endoservisit, uşaqlıq boynunun eroziyası, endometrit, adneksit, fistul, uşaqlıq yolunun genəlmələri; proktologiyada – hemorroy, sfinkterit, düz bağırsağın eroziyası, proktit, anusun çatları zamanı köməkçi vasitə kimi istifadə edilə bilər.
İnovagin müxtəlif bakterial infeksiya törədicilərinin antibiotiklərə davamlılıq plazmidlərinə öldürücü təsir edir, toxumalarda oksigenin miqdarını artırır, detoksikasion təsir edir, buna görə də xlorofillipt orqanizmin təbii müdafiəsinin azaldığı hallarda toxumalarda hipoksiya ilə mübarizə aparan və qəbul edilən antibakterial preparatların effektivliyini artıran vasitəsi kimi tətbiq edilir.
Göstərişləri:
Uşaqlıq boynunun eroziyası
Bakterial vaginoz və vaginal kandidoz
Yerli kontraseptivlərin istifadəsindən sonra
İntim gigiyena məqsədilə
Diabetik qadınlarda vaginal qaşınma
Doğuşdan sonrakı dövr
Xarici qadın cinsi orqanlarının selikli qişalarının quruluğu
Düz bağırsaq çatı, babasil və proktit
Əks göstərişləri:
Fərdi həssaslıq. Hamiləlik və laktasiya.
Tərkibi:
Xlorofillipt (evkalipt yarpağının qatı ekstraktı)
Qəbul qaydası:
Gündə 1 dəfə həkim təyinatı ilə vaginal və rektal istifadə olunur. Müalicə müddəti 10-20 gündür.
Buraxılış forması:
Qutuda 10 şam, 1,5 q.