33.00 AZN
Çaytikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların sağalmasına kömək edir. Xora xəstəlikdən əlavə çaytikanı yağı həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Farmakoloji təsiri:
Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12 barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid, göbələk əleyhinə və ağrıkəsici təsir göstərir. Qaraciyərin piy distrofiyasının qarşısını alır.
Mədə-bağırsaq xoralarında və trofik xoralarda tətbiq olunur.
İstifadəsinə göstərişlər:
Yanıq və donmalar
Gec sağalan trofik xoralar, fistullar
Dərinin mexaniki zədələnmələri, yataq yaraları
Ekzema, dermatit, şüa dermatiti, furunkul və çibanlar
Mədə və 12 barmaq bağırsaq xoraları
Qəbizlik, düz bağırsaq çatları, babasil
Uşaqlıq boynunun eroziyaları, endometrit, kolpit, servisit.
Stomatitlər, parodontoz
Əks göstəriş:
– xolesistit, öd daşı xəstəliyi, pankreatit, diareya, allergiya.
İstifadəsi:
– Daxilə gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Müalicə 30 gün müddətində aparılır.
– Xaricə islatma və sarğı şəklində tətbiq olunur, sarğı hər gün dəyişdirilir.
– Ginekologiyada gündə 1 dəfə yağda isladılmış tampon şəklində tətbiq olunur.