29.00 AZN
Mədə və 12-barmaq bağırsağın iltihabi və xoralı xəstəlikləri zamanı. Mədədə qıcqırma hissi, köp və qəbizlik zamanı.
Tərkibi:
Çaytikanı yağı (Hippophae Rhamnoides oil) 500 mq.
Xüsusiyyətləri:
Çaytikanı yağının tərkibi doymamış yağ turşuları, aminturşular, orqanik turşular, fitonsidlər, pektinlər, B qrupu, C, E, K, P vitaminləri, dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlərlə zəngindir.
GASDURAM-ın tərkibindəki çaytikanı yağı regenerativ (bərpaedici) təsirə malikdir. Bu xüsusiyyətinə görə həzm orqanlarının selikli qişasına qoruyucu təsir göstərir, erroziya və xoraların sağalmasını sürətləndirir.
GASDURAM mədə turşuluğunu azaldır, həzmi yaxşılaşdırır, qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, gəyirmə, qıcqırma, köp və qəbizlik kimi əlamətlərin aradan qalxmasına kömək edir.
GASDURAM kapsul formasında olduğundan ağızda xoşagəlməz dad yaratmır.
İstifadəsinə dair tövsiyyələr:
Əlavə təsirləri:
Nadir hallarda müxtəlif formalı allergik reaksiyaların olması mümkündür.
Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq. Qaraciyər və mədəaltı vəzinin kəskin iltihabi xəstəlikləri.
Hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası:
14 yaşdan yuxarı uşaqlar və böyüklərdə: 1 kapsul, günfə 2 dəfə.
Buraxılış forması: 30 KAPSUL
İstehsalçı: Bereket İlaç Kozmetik A.Ş. TÜRKİYƏ.