5.00 AZN
BƏYAZ URO çayı (filtr-paketlərdə uroseptik çay) tərkibində olan unikal birləşmələr sayəsində iltihab əleyhinə, antiseptik, bakterisid, bakteriostatik, sidikqovucu, ağrıkəsici, spazmolitik təsir göstərir.
Tərkibi: qatırquyruğu otu, ayıqulağı yarpağı, gülümbahar çiçəyi, itburnunun meyvələri, razyana meyvələri.
BƏYAZ URO çayı – tərkibində olan unikal birləşmələr sayəsində iltihab əleyhinə, antiseptik, bakterisid, bakteriostatik, sidikqovucu, ağrıkəsici, spazmolitik təsir göstərir.
Qatırquyruğunun otu – böyrəkləri təmizləyir, böyrəklərdə yığılan daşlar və duz kristallarının tökülməsini asanlaşdırır, sidikqovucu təsir göstərir. Bədəndə yığılan ödəmi azaldır, orqanizmin mineral tarazlığını isə qoruyur. Böyrək, sidik yollarınin iltihabı zamanı, prostat vəzinin böyüməsi və iltihabı zamanı çox faydalıdır.
Ayıqulağı yarpağı – Ayıqulağı yarpağının tərkibinə flavonoidlər, üzvü turşular, büzücü maddələr, qlikozidlər və s. daxildir. Ayıqulağı yarpağı dezinfeksiyaedici, iltihab əleyhinə və sidikqovucu vasitə kimi böyrək, sidik yolları və sidik kisəsinin xəstəliklərində tətbiq olunur.
Gülümbahar çiçəyi – tərkibində aktiv alkaloidlər, likopen, sitraksantin, kialoksantin, rubikksantin, fitonsidlər, flavoxrom, favonoidlər, saloninlər, triterpediollar, kalendulozid qlikozidi var. Likopen xərçəng xəstəliyinə qarşı istifadə olunur. Gülümbahar çiçəkləri sidikqovucu, iltihab əleyhinə, antiseptik, antifunqal, antibakterial təsir göstərir.
İtburnunun meyvələri – Böyrəklərin iltihabında: piolonefrit və qlomerilonefritdə çox faydalıdır. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır, sidikqovucu və iltihabəleyhinə xassəyə malikdir. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.
Razyana meyvəsi – iltihabəleyhinə, antiseptik, sidikqovucu təsirə malikdir, böyrək və sidik kisəsində olan daşların təmizlənməsinə kömək edir.
Göstərişlər:
Dozalanması: 2 filtr-paket (3,0 q) üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, filtr-paketlər tam sıxılır. Gündə 3 dəfə, hər dəfə 1 stəkan olmaqla yeməkarası daxilə qəbul olunur.
Ölçüsü: 25 filtr-paket