5.00 AZN
BƏYAZSEPT – tərkibində olan unikal birləşmələr sayəsində iltihab əleyhinə, antiseptik, bakterisid, bakteriostatik, yarasağaldıcı, ağrıkəsici, spazmolitik, qazqovucu təsir göstərir.
Tərkibi: Çobanyastığının çiçəkləri, istiotlu nanənin yarpaqları, adaçayı yarpaqları, razyana meyvələri, qaraqınıq otu, dazıotunun otu.
BƏYAZSEPT – tərkibində olan unikal birləşmələr sayəsində iltihab əleyhinə, antiseptik, bakterisid, bakteriostatik, yarasağaldıcı, ağrıkəsici, spazmolitik, qazqovucu təsir göstərir.
Çobanyastığı çiçəyi – antiseptik, iltihabəleyhinə, spazmolitik, ağrıkəsici, antiallergetik, sakitləşdirici, işlədici təsir göstərir.
Sürvə (Adaçayı) yarpağı – antiseptik, iltihab əleyhinə, ağrıkəsici, büzücü, qankəsici, sidikqovucu, tərqovucu təsirlərə malikdir.
Qaraqınıq otu – tərkibi büzücü maddələr, flavanoidlər, askorbin turşusu və efir yağları ilə zəngindir. Onlardan ən əsası güclü antibakterial təsirə malikdir. Sübut olunub ki, oreqanonun tərkibində olan karvakrol maddəsi bir çox mikrob və göbələkləri məhv edir. Elmi araşdırmalar göstərib ki, qaraqınıq otunun antibakterial xüsusiyyətləri hətta bəzi antibiotiklərdən üstündür. Oreqano hətta ən davamlı mikrob sayılan qızılı stafilokoku məhv edə bilir. Qaraqınıq otu güclü yarasağaldıcı, ağrıkəsici, spazmolitik təsirə də malikdir.
Dazıotunun otu – çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sidikqovucu təsirlərlərə malikdir, damarları möhkəmləndirir, orqanizmə şişəleyhinə təsir edir, orqanizmi cavanlaşdırır.
İstiotlu nanənin yarpağı – antiseptik, iltihabəleyhinə, spazmolitik, ağrıkəsici, sakitləşdirici təsir göstərir, həzm prosesini yaxşılaşdırır, ağızdan xoşagəlməz qoxunu aradan qaldırır
Razyana meyvəsi – antiseptik, iltihab əleyhinə, təsir göstərir, ürək bulanmasını və ağızdan xoşagəlməz qoxunu aradan qaldırır.
Göstərişlər:
Dozalanması: 2 filtr-paket (3 q) üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, filrt-paketlər tam sıxılır.
Qarqara şəklində – Gündə 5-6 istifadə olunur.
Daxilə qəbul – Gündə 3 dəfə 1 stəkan olmaqla yeməkdən 30 dəq. əvvəl istifadə olunur.
İslatma şəklində – Gündə 4-5 istifadə olunur.