5.00 AZN
Böyrəkdaşı və sidik kisəsi daşları (oksalat və fosfat) xəstəliklərində litolitik, sidikqovuçu, spazmolitik, ağrıkəsici, iltihab əleyhinə, antiseptik təsir göstərir.
Tərkibi: adi boyaqotunun kökü, çöl qatırquyruğunun otu, dərman gülümbaharının çiçəyi, tozağacının yarpağı, istiotlu nanənin yarpağı.
BƏYAZ NEFROTEA çayı tərkibində olan unikal bitkilər sayəsində böyrəkdaşı və sidik kisəsi daşları (oksalat və fosfat) xəstəliklərində litolitik, sidikqovuçu, spazmolitik, ağrıkəsici, iltihab əleyhinə, antiseptik təsir göstərir.
Boyaqotu kökü – böyrək və sidik kisəsində olan daşları yumşaldaraq parçalayır, spazmolitik, diuretik kimi təsir göstərir. Bunlardan əlavə boyaqotu kökü böyrək ləyənləri və sidik axarlarının tonusunu azaldaraq əzələlərinin peristaltik yığılmalarını gücləndirir, bununla da böyrək daşlarının sidikçıxarıcı yollarda hərəkətini təmin etmiş olur.
Qatırquyruğunun otu – böyrəklərin fəaliyyətini tənzimləyir, böyrəklərdə və sidik kisəsində yığılan duz kristalları və daşları parçalayır, sidikqovucudur. Böyrək və sidik yolları iltihabı zamanı, prostat vəzinin böyüməsi və iltihabı zamanı effektli təsir göstərir.
Gülümbahar çiçəyi – xərçəng xəstəliyinə qarşı, iltihab əleyhinə, yarasağaldıcı və antiseptik təsir göstərir. Gülümbahar çiçəyi uşaqlıq boynu eroziyasında, mioma xəstəliyinin müalicəsində effektli təsir göstərir.
Tozağacının yarpağı – nefroz və nefritlərdə çox faydalıdır, sidikqovucu kimi, iltihab əleyhinə təsir göstərir, ödemi aradan qaldırır.
İstiotlu nanənin yarpağı- antiseptik, iltihab əleyhinə, spazmolitik, ağrıkəsici, sakitləşdirici təsir göstərir.
Göstərişləri:
Böyrək və sidik kisəsində duz və daşlar olduqda
Prostat vəzinin adenoması zamanı
Pielonefrit
Sistit, uretrit
Uroloji əməliyyatdan sonra
Diabetik nefropatiya
İstifadə qaydası və dozası: 2 filtr-paket (3 q) üzərinə 200 ml (1stəkan) qaynar su əlavə olunur, qaynayan su hamamında 20 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, filtr-paket sıxılır. Gündə 3 dəfə yemək arası 1 stəkan daxilə qəbul edilir. Qəbul müddəti 20-30 gündür. Vacib olduğu təqdirdə 4-6 həftədən sonra qəbulu davam etdirmək olar.
Ölçüsü və qiyməti:25 filtr-paket-3.2 AZN