5.00 AZN
Allergik dermatitlər, gənclik sızanaqları, müxtəlif mənşəli sızanaqlar.
Tərkibi: Yatıqqanqal otu, aptek çobanyastığı çiçəkləri, gicitkək yarpağı, qaraqınıq otu, lavanda çiçəkləri.
İstifadəsinə göstəriş: Ekzema, neyrodermit, eksudativ-kataral diatez, bişməcələr, allergik dermatitlər, gənclik sızanaqları, müxtəlif mənşəli sızanaqlar.
Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Müalicə kursu bişməcə və eksudativ-kataral diatezdə 10 gün, gənclik sızanaqları, ekzema, neyrodermit və allergik dermatitlərdə 1-3 aydır.
Çaydan vanna və islatma şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını artırmaq lazımdır.
Buraxılış forması: Qutuda 25 filtr-paket.