zamanı güclü bir antibakterial, büzücü və antiseptik vasitə kimi istifadə olunur.
İstifadə qaydası və dozası: 2 filtr-paket (3,0 q) üzərinə 200 ml qaynar su əlavə olunur, 15-20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur.
Gündə 3-4 dəfə ilıq halda yeməkdən 15 dəqiqə sonra daxilə qəbul olunur: 1 yaşa qədər uşaqlar 15 ml (1 xörək qaşığı); 1-4 yaş uşaqlar 30 ml (2 xörək qaşığı); 4-7 yaş uşaqlar 50 ml; 7-14 yaş uşaqlar 100 ml (1/2 stəkan); 14 yaşdan yuxarı uşaqlar və böyüklər – 1 stəkan.
Müalicə kursu bişməcə və eksudativ-kataral diatezdə 10 gün, gənclik sızanaqları, ekzema, neyrodermit və allergik dermatitlərdə 1-3 aydır.
Çaydan vanna və islatma şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını artırmaq lazımdır.
Buraxılış forması: Qutuda 25 filtr-paket.