5.00 AZN
Ağız boşluğunun təbii çayı.Boğaz ağrısı və diş ətlərindəki poroblemləri aradan qaldırır.
BƏYAZDENT
(dəmləmə hazırlamaq üçün filtr-paketlərdə çay)
Tərkibi: Evkalipt yarpağı, çobanyastığı çiçəkləri, palıd qabığı, uzunyarpaq yarpızın yarpaqları, qaraqınıq otu.
BƏYAZDENT – tərkibində olan unikal birləşmələr sayəsində iltihab əleyhinə, antiseptik, bakterisid, bakteriostatik, yarasağaldıcı, ağrıkəsici təsir göstərir.
Evkalipt yarpağı – zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, ellaq turşular, qətran maddələri, üzvi turşular və digər maddələr vardır. Efir yağının polifenol birləşmələri antiseptik, iltihabəleyhinə, antibakterial, ağrıkəsici təsirə malikdir.
Qaraqınıq otu – tərkibi büzücü maddələr, flavanoidlər, askorbin turşusu və efir yağları ilə zəngindir. Onlardan ən əsası güclü antibakterial təsirə malikdir. Sübut olunub ki, oreqanonun tərkibində olan karvakrol maddəsi bir çox mikrob və göbələkləri məhv edir. Elmi araşdırmalar göstərib ki, qaraqınıq otunun antibakterial xüsusiyyətləri hətta bəzi antibiotiklərindən də üstündür. Oreqano hətta ən davamlı mikrob sayılan qızılı stafilokoku məhv edə bilir. Qaraqınıq bitkisinin efir yağından diş ağrılarında geniş istifadə edilir.
Sürvə yarpağı –
Çobanyastığı çiçəyi – çobanyastığıdan alınan efir yağı bir çox xəstəliklərdə tətbiq edilir. Bu yağın tərkibində ən qiymətli maddə isə iltihab əleyhinə, sakitləşdirici, keyləşdirici xüsusiyyətlərə malik olan xamazulendir.
Palıd qabığı – antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldıcı təsirinə malikdir. Damaqları möhkəmləndirir, onların həssaslığını azaldır, həmçinin palıd qabığı ağızdan gələn pis qoxunu aradan qaldırır.
Uzunyarpaq Yarpızın yarpağı – Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir yağına malik bitki sayılır. Təravətgətirici, antiseptik və ağrıkəsici xassəyə malikdir.
Göstərişlər:
Dozalanması: 2 filtr-paket (3 q) üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, filtr-paketlər tam sıxılır. Gündə 5-6 dəfə qarqara şəklində istifadə olunur. Dərman vasitələri diş ağrısına zəif təsir edirsə, gündə 9 dəfəyə qədər qarqara etməklə ağrını kəsmək olar. Yaralar və yanıqlar zamanı islatma şəklində istifadə olunur.