5.00 AZN
Bəyazbronx öskürək əleyhinə təbii çay.Bəlğəmgətirici tərkibə məxsus.Quru və bəğləmli öskürəkdə çox yaxşı təsiri var.
Tərkibi: keçibuynuzu meyvəsi, adi kəklikotunun otu, böyük bağayarpağının yarpağı, adi dəvədəbanı yarpağı, adi razyana meyvəsi.
İstifadəsinə göstəriş: Preparat bəlğəmgətirici və bronx sekresiyasını azaldan vasitə kimi tənəffüs yollarının kəskin və xroniki xəstəliklərində, qripdə, traxeitdə, bronxitdə və bronxial astmada təyin olunur.
İstifadə qaydası və dozası: 1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir
Buraxılış forması: Qutuda 25 filtr-paket.