Dr.Eldaroğlu
Həkim Fitoterapevt Elnur Eldar oğlu Rəhimov Azərbaycan Tibb Universitetinin məzunudur. Tələbəlik dövründən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi üzrə elmi iş götürmüşdür. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçmişdir.
2009-2010 cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışmışdır.
2010-2012 ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olmuşdur.
2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlamışdır.
2014-2022-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Həkim-Terapevti vəzifəsində çalışmışdır.
Həmin dönəmlərdə Xroniki Obstruktiv Ağciyər Xəstəliklərinin diaqnostikası və müalicəsi mövzusunda təşkil olunan konfransın məruzəçisi olmuşdur.
Həmçinin Hepatit C xəstəliyinin müalicəsində müasir yanaşmalar və reabilitasiyası mövzusunda elmi-maarifləndirici çıxışı olmuşdur.
Bir neçə kompleks təsirə malik Antalyada istehsalına başladılmış Dr. Eldaroğlu markası altında bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.
Azərbaycanda ilk dəfə “Fitoterapiyada Sağlamlığa” konfransını təşkil etmiş və Türkiyə-Azərbaycan Fitoterapiya sahəsində əməkdaşlığı və inkişafı istiqamətində işlərin təməli qoyulmuşdur.
Avropa İnteqrativ Tibb Cəmiyyətinin və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.
Yeditepe Universitetinin Təşkil etdiyi Sürekli eğitim kurslarını keçib və uğurlu imtahan nəticələrinə görə; Fitokosmetika, Aromaterapiya, Fitoterapiya, Apiterapiya, İdman sağlığında Fitoterapiya tədris hissəni tamamlamışdır.
İstanbul Medipol Universitetinin Geleneksel ve Tamamlayıcı Tıp bölümünün tədqiqatçısıdır.
ABŞ pharmacy və farmakologiya jurnalında yuxarı tənəffüs sistemi xəstəlikləri, eləcə də Covid 19 zamanı tətbiq edilən fitoterapiya üsulları haqqında və qaraciyər xəstəliklərinin (Hepatitilər, qaraciyər piylənməsi və qaraciyər sirrozu) profilaktika və müalicəsində təyin olunan Apifitoterapiya məhsullarının vəhdəti mövzusunda elmi məqaləsi dərc olunmuşdur.
Amerika Herbalistlər Birliyinin üzvü və aktiv moderatorudur.
Türkiyə, İngiltərə, Sloveniya və Avstraliyada keçirilən konfranslarında məruzəçisi kimi Azərbaycan İnteqrativ Tibb sahəsini layiqincə təmsil etmişdir.
Müxtəlif ölkələrdə bir çox Tibb personalına online Fitoterapiya və Apiterapiya kurslar keçərək dr. ELNUR Rəhimovun özəl praktikasını göstərmişdir (Türkiyə, İsveçrə, Küveyt və Bolqarıstan).
Azərbaycanda çap olunan “Dekorativ bitkilər xalq təbabətində” kitabının həmmüəllifidir.
Türkiyədə çap olunan “Sağlıklı Yaşam Sırları” kitabının Editörü və müalicəvi məcunların tərkib müəllifidir.
Hazırda Apimed Təbii Üsullar Mərkəzinin rəhbəridir.