3.00 AZN
Güldəfnə toxumları estrogenəbənzər, südartırıcı, sakitləşdirici, bəlğəmgətirici, sidikqovucu, spazmolitik, bürüyücü, ümumi tonuslandırıcı, iştahaartırıcı təsir göstərir, tərləməni artırır, orqanizmdən toksinləri xaric edir, qanda xolesterol və qlükoza səviyyəsini salır, boy və çəki artımını sürətləndirir, arterial təzyiqi azaldır, tərkibindəki selen hesabına antioksidant təsir göstərir, cinsi gücü və istəyi artırır.
Qadınların bitkisi adlanan Güldəfnə toxumları estrogenəbənzər təsirə malikdir. Südartırıcı, sakitləşdirici, bəlğəmgətirici, sidikqovucu, spazmolitik, bürüyücü, ümumi tonuslandırıcı, iştahaartırıcı təsir göstərir, tərləməni artırır, orqanizmdən toksinləri xaric edir, qanda xolesterol və qlükoza səviyyəsini salır, boy və çəki artımını sürətləndirir, arterial təzyiqi azaldır, tərkibindəki selen hesabına antioksidant təsir göstərir, cinsi gücü və istəyi artırır.
İstifadəsinə göstəriş: Hipoqalaktiya, menopauza, dismenoreya, vərəm, pnevmoniya, bronxit, hiperxolesterolemiya, şəkərli diabet, impotensiya, iştahasızlıq, pubertat dövrdə boy və inkişafdan geriqalma, çəki azlığı, şiş xəstəliklərinin profilaktikası.
Əks göstərişlər: Hiperprolaktinemiya, hiperestrogenemiya, hamiləlik.
İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə qəbul edilir.