18.00 AZN
Propolis spirtdə çıxarışı sınanılmış reseptlər əsasında həkim-apiterapevtlər tərəfindən hazırlanmış antiseptik, yarasağaldıcı, antioksidant, virus əleyhinə, bakteriya, göbələk əleyhinə təsir göstərən təbii antibiotik xüsusiyyətinə malik məhsuldur.
Tərkibi: Təmizlənmiş propolis, 20%-li spirt.
Təsir xüsusiyyətləri: Propolis spirtdə çıxarışı sınanılmış reseptlər əsasında həkim-apiterapevtlər tərəfindən hazırlanmış antiseptik, yarasağaldıcı, antioksidant, virus əleyhinə, bakteriya, göbələk əleyhinə təsir göstərən təbii antibiotik xüsusiyyətinə malik məhsuldur. Qadın xəstəlikləri (mioma, kistik xəstəliklər və mastopatiya). Ağız boşluğu, yuxarı tənəffüs yolları, qida borusunun iltihabi xəstəlikləri, qeyri-spesfik xoralı kolit, qurd xəstəlikləri, təkrarlanan virus infeksiyaları, vərəm, dərinin infeksion xəstəliklərində geniş istifadə olunur.
Əks təsiri: Tərkibindəki məhsullara qarşı fərdi həssaslıq.
İstifadə qaydası: Uşaqlar üçün 1-5 yaş 3-5 damcı, 5-12 yaş 5-20 damcı 50 ml süd və ya suya qatıb 2-3 dəfə. Böyüklər üçün 20-60 damcı 100 ml suya qatıb 3 dəfə yeməkdən əvvəl qəbul edilir (14-40 gün). Faringitlərdə qarqara məqsədilə və yara nahiyəsinə sürtmək üçün 100 q suya 1 çay qaşığı qarışdırıb 2 dəfə istifadə edilir.